Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı açıqlanıb
21 Aprel 2025, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86Baş Prokurorluq açıqlama yaydı
HÜQUQ
212
09.04.2025, 11:06
Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb
Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb.
Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.
Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub.
Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub.
Həmçinin oxuyun
Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib.
Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib.
Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib.
Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub.
Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
19:02 / 21 Aprel 2025
Papa yola salınır
1
18:59 / 21 Aprel 2025
Politoloq ABŞ-ın Ukrayna danışıqlarından çıxması riskini açıqlayıb
9
18:56 / 21 Aprel 2025
Öz qanını çağırışçıların qanına qarışdıran laborantla bağlı məsələyə - Rəsmi reaksiya
11
18:39 / 21 Aprel 2025
Peskov: Rusiya Ukrayna ilə danışıqlara hazırdır
18
18:32 / 21 Aprel 2025
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
40
18:29 / 21 Aprel 2025
Maştağada dayıqızı-bibiqızı itkin düşdü - Foto
58
18:24 / 21 Aprel 2025
Putin: “Ukrayna sülh təşəbbüslərini rədd etməməyə sövq edilib”
17
18:22 / 21 Aprel 2025
Leysan, dolu, sel... - Xəbərdarlıq olundu
334
18:16 / 21 Aprel 2025
Bu ölkələrdə matəm elan edildi
37
18:11 / 21 Aprel 2025
Qadın boğulub öldü
32
17:57 / 21 Aprel 2025
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
724
17:23 / 21 Aprel 2025
Sumqayıtdan dəhşətli xəbər gəldi: 19 nəfər xəstəxanaya yerləşdirildi
411
17:21 / 21 Aprel 2025
ABŞ Ukrayna məsələsində əməkdaşlıq üçün Vaşinqtonun Rusiyaya nə təklif edə biləcəyini açıqlayıb
49
17:19 / 21 Aprel 2025
“Qonşular pəncərədən baxanda görüb ki, hamısı yorğan-döşəkdədir...”
138
16:59 / 21 Aprel 2025
Prezident sərəncam imzaladı: Onlara 1250 manat veriləcək
607
16:38 / 21 Aprel 2025
"Cəmiyyətimizdə çox vaxt qadınlar həmcinslərinə rəqabət, qısqanclıq, paxıllıq zəmnində böyüdülür" — Psixoloqla müsahibə
1684
16:23 / 21 Aprel 2025
Əli Əsədov yeni qərar imzaladı
331
16:20 / 21 Aprel 2025
Plastik cərrahiyyə ilə bağlı sertifikat verən şöbə müdirləri barəsində məhkəmə qərar qəbul edib
60
15:36 / 21 Aprel 2025
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanıb
67
15:15 / 21 Aprel 2025
Çobanın qızı sevdiyi oğlanı evə dəvət etdi: "Dedim, pəncərədən içəri gir" – TƏFƏRRÜAT
540
14:59 / 21 Aprel 2025
“SİMA KYC Videoyazı” həlli istifadəyə verildi
72
14:57 / 21 Aprel 2025
ABŞ dolları son üç ilin minimum səviyyəsinə düşüb
170
14:55 / 21 Aprel 2025
Tramp iki ölkəni Aİ-yə daxil olmağa çağırıb
73
14:48 / 21 Aprel 2025
Bu xidmət elektron oldu
68
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.